“DOST” mərkəzlərinin xidmət sektorunda çalışan əməkdaşları üçün vebinarlara start verilib.

14 avqust 2020, 10:00
A+ A-
“DOST” mərkəzlərinin xidmət sektorunda çalışan əməkdaşları üçün vebinarlara start verilib.

DOST Agentliyində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “DOST” mərkəzlərinin xidmət sektorunda çalışan əməkdaşları üçün funksional mövzular üzrə vebinarlara start verilib.

Silsilə şəkildə davam edəcək vebinarların ilk günündə “Pensiya və sosial sığorta”, “Sosial xidmətlərin prosedur qaydaları”, “Əlilliyin qiymətləndirilməsi, təyin edilməsi” mövzularını əhatə edib. Qeyd olunan sahələr üzrə iştirakçılara ətraflı məlumat verilib.

Vebinar proqramının məqsədi iştirakçılara, göstərilən xidmətləri dərindən mənimsəməklə fəaliyyət göstərdikləri sahələr üzrə funksiyalarının daha effektiv həyata keçirilməsində yardımçı olmaq, eyni zamanda onların peşəkar inkişafını təmin etməkdir.

Vebinarlar digər mövzular üzrə silsilə şəkildə davam edəcəkdir.

 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi