Asan Aç

2 və 3 saylı Bakı DOST mərkəzlərinin fəaliyyətinə həsr olunmuş onlayn iclas keçirilib

27 sentyabr 2020, 10:18
A+ A-
2 və 3 saylı Bakı DOST mərkəzlərinin fəaliyyətinə həsr olunmuş onlayn iclas keçirilib
DOST Agentliyində 2 və 3 saylı Bakı DOST mərkəzlərinin fəaliyyətinə həsr olunmuş onlayn iclas keçirilib.
 
Agentliyin İdarə Heyəti və struktur rəhbərlərinin iştirakı ilə keçirilən iclasda xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğu səviyyəsinin artırılması məsələləri müzakirə edilib. 2 saylı Bakı DOST Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Vasif Qəribov və 3 saylı Bakı DOST Mərkəzinin Xidmətlər şöbəsinin müdiri İnqilab Fərzəliyev xidmətin təşkili barədə məlumatlara, statistik göstəricilərə həsr olunmuş hesabat xarakterli təqdimatlarla çıxış ediblər. Bildirilib ki, xidmətlərdən yararlanan vətəndaşların məmnunluq səviyyəsi kifayət qədər yüksəkdir və 96 faiz üzərində qalmaqda davam edir.
 
Hesabatlar dinlənildikdən sonra DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov məmnunluq səviyyəsinin ölçülməsi metodologiyasının təkmilləşdirilməsinin zəruri olduğunu bildirib, həmçinin xidmətlərin keyfiyyətinin yüksəldilməsi və işin daha səmərəli təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
 
 
 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi