Asan Aç

DOST mərkəzləri fəaliyyətini xüsusi iş rejimində davam etdirir

1 oktyabr 2020, 14:37
A+ A-
DOST mərkəzləri fəaliyyətini xüsusi iş rejimində davam etdirir

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejiminin 2 noyabr tarixinədək uzadılması ilə əlaqədar DOST mərkəzləri fəaliyyətini xüsusi iş rejimində davam etdirəcək. Mərkəzlər həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq.

Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl ediləcək. Əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılacaq. Mərkəzlərə gələn vətəndaşların da qoruyucu maskalardan istifadə etmələri və sosial məsafə saxlamaları mütləqdir.

Həmçinin Çağrı Mərkəzi 142 tərəfindən vətəndaş müraciətlərinin qəbulu da eyni iş rejimində həyata keçiriləcək. Şənbə və bazar günləri DOST mərkəzləri və Çağrı Mərkəzi 142-də qeyri iş günüdür.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi