DOST mərkəzlərinə 200 000-ci vətəndaş müraciəti qeydə alınıb

5 oktyabr 2020, 16:59
A+ A-
DOST mərkəzlərinə 200 000-ci vətəndaş müraciəti qeydə alınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhaliyə xidmətlərin vətəndaş məmnunluğuna uyğun yüksək səviyyədə təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin əsas fəaliyyət prinsipidir.

Pandemiyanın yaratdığı məhdudiyyətlər zamanı da elektron formada xidmətlərini davam etdirən DOST mərkəzləri son aylarda yenidən vətəndaşların qəbulunu həyata keçirir. Şanlı Ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda haqq savaşında olduğu və parlaq zəfərlər əldə etdiyi bu günlərdə DOST mərkəzləri öz fəaliyyətini xalqımızın Qələbə ruhuna uyğun quraraq daha da gücləndirib.

Bu gün isə DOST mərkəzlərinə artıq  200 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Paytaxtın Səbail rayon sakini Cəmilə Səfərovanın 1 saylı Bakı DOST Mərkəzinə etdiyi müraciət əlilliyin bərpa olunması ilə bağlı olub. Müraciətə uyğun müvafiq tədbir görülüb və vətəndaş göstərilən xidmətdən məmnun qaldığını bildirib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov xidmətlərdən istifadə edən 200 000-ci vətəndaşa qurumun təşəkkürnaməsini təqdim ediblər.

Vətəndaş Cəmilə Səfərova DOST xidmətlərindən razılığını qeyd edib və dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, operativ və şəffaf təşkil olunduğuna görə təşəkkürünü bildirib.

2019-cu ilin may ayından Bakıda artıq 3 DOST mərkəzi yaradılıb və paytaxtın 8 rayonu (Yasamal, Səbail, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Sabunçu, Suraxanı) DOST xidmətləri ilə əhatə olunub. Vətəndaşların bu xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir.

Qarşıdakı dövrdə Bakıda və respubikamızın bölgələrində yeni DOST mərkəzlərinin açılması planlaşdırılır.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi