Asan Aç

Fəal yaşlanma layihəsi çərçivəsində təlimçilərin seçim prosesi başa çatdı

24 sentyabr 2020, 15:17
A+ A-
Fəal yaşlanma layihəsi çərçivəsində təlimçilərin seçim prosesi başa çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun (BMTƏF) “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində təlimçi və koordinatorların seçimi başa çatıb.  Seçim müsahibələr əsasında həyata keçirilib. DOST Agentliyi tərəfindən aparılmış müsahibələrdə sahə üzrə peşəkar təlimçilərlə yanaşı, koordinator qismində “Könüllü DOST” proqramının 30 nəfər məzunu da iştirak edib.

Müsahibələr zamanı yaşlılar üçün İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ilkin biliklərin vacibliyi və onlara bu biliklərin ötürülməsi üsulları müzakirə olunub. Əlavə olaraq, namizədlər tərəfindən yaşlıların asudə vaxtlarının daha fəal və səmərəli təşkili üçün təkliflər səsləndirilib.

Seçimlərin nəticəsində 3 nəfər peşəkar təlimçi, 15 nəfərdən ibarət əsas koordinator heyəti və 7 nəfərdən ibarət ehtiyat koordinator heyəti formalaşıb.

Xatırladaq ki, “Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi üzrə müqavilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (BMTƏF) arasında imzalanıb. DOST Agentliyi layihənin üçüncü komponenti üzrə icraçı rolunda çıxış edir. Bununla əlaqədar 1 avqust 2020-ci il tarixində Agentliklə BMTƏF arasında müqavilə imzalanıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi