DOST Agentliyinin Çağrı Mərkəzi 142-nin operatoru Şamil Əliyev də hərbi xidmətini şərəflə başa vuraraq işinə dönüb

7 yanvar 2021, 23:32
A+ A-
DOST Agentliyinin Çağrı Mərkəzi 142-nin operatoru Şamil Əliyev də hərbi xidmətini şərəflə başa vuraraq işinə dönüb
Çalışdığı kollektiv Şamili sevinc hissi ilə qarşılayıb. Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov böyük qələbəmizdə xidmətləri olan bütün Agentlik əməkdaşları ilə qürur duyduğunu deyib. Onların yeni layihələrə cəlb ediləcəyini bildirib. Hərbi xidmətdən qayıdan əməkdaşa təşəkkürnamə təqdim edilib.
 
Qeyd edək ki, DOST Agentliyinin 5 əməkdaşı Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyevin Sərəncamı ilə onlardan 3 saylı Bakı DOST Mərkəzinin sosial agenti Tural Əsgərov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi