Bakı şəhərində fəaliyyət göstərən “DOST” mərkəzləri və “Çağrı Mərkəzi 142” xidmətinin əməkdaşları üçün psixoloji təlimlərə start verilib. Təlimlər, əsasən vətəndaşlarla birbaşa ünsiyyətdə olan əməkdaşlar üçün keçirilir.
Təlimlərin ilk günündə "Stressin idarə olunması" mövzusunda əməkdaşlara nəzəri və təcrübi məşğələlər keçirilib. Təlimçi və həkim-psixiatr Həlimə Qəmərlinskaya iş mühitində yaşanan stressin səbəbləri və növləri haqqında geniş məlumat verib. Onları aradan qaldırmaq üçün müxtəlif üsullardan bəhs edib.
Təlimlər praktiki tapşırıqlar, rol oyunları, qrup işi və müzakirələr formatında interaktiv qaydada keçirilib.