Asan Aç

DOST Agentliyində virtual biznes-tur keçirilib

5 mart 2021, 18:45
A+ A-
DOST Agentliyində virtual biznes-tur keçirilib
Dayanaqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi və Caspian Energy Club üzvləri arasında görüş keçirib.
 
Virtual formatda keçirilən görüşdə 80-dən artıq şirkət rəhbərinə DOST Agentliyinin və DOST Mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Xüsusi olaraq Caspian Energy Club üzvləri üçün hazırlanmış virtual biznes-tur zamanı DOST tərəfindən xidmətlərin göstərilməsi prosesi, 142 Çağrı Mərkəzinin gündəlik iş rejimi nümayiş olunub, interaktiv formatda DOST-un fəaliyyəti və gələcək planları müzakirə olunub, hal-hazırda Bakının müxtəlif inzibati ərazilərində yerləşən üç DOST Mərkəzində vətəndaşlara sosial təminat istiqamətində 132 növ xidmətin göstərilməsi vurğulanıb.
 
Görüşdə çıxış edən DOST Agentliyinin İdarə Heyətinin sədri cənab Fərid Məmmədov tərəfindən Agentliyin 2 illik fəaliyyətinin yekunlarına və inkişaf perspektivlərinə dair fikirlər səsləndirilib, əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
 
Qeyd edək ki, DOST və Caspian Energy Club üzvləri arasında ilk görüş 2020-ci ilin yanvar ayında keçirilib.
DOST Agentliyində virtual biznes-tur keçirilib
DOST Agentliyində virtual biznes-tur keçirilib
DOST Agentliyində virtual biznes-tur keçirilib

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi