Asan Aç

Vətən müharibəsi şəhidlərinin ailələri, qazilərimizlə bağlı dəstək tədbirləri davam edir

19 mart 2021, 16:42
A+ A-
Vətən müharibəsi şəhidlərinin ailələri, qazilərimizlə bağlı dəstək tədbirləri davam edir
Novruz bayramı ərəfəsində DOST Agentliyinin əməkdaşları şəhid Ramil Ağayevin ailəsini ziyarət edib.
 
Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov şəhidin anası Şəhla Ağayevaya başsağlığı verib. O, Vətən uğrunda canından keçən qəhrəmanların heç vaxt unudulmayacağını deyib. İdarə Heyətinin sədri şəhid və qazi ailələrinin daim Dövlətimizin, ölkə Prezidentinin diqqət və qayğısı ilə əhatə olunacağını bildirib, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinə aid hər hansı ehtiyacları yaranarsa DOST Agentliyinə müraciət etməyi xahiş edib. Şəhid anası xüsusi bir ehtiyaclarının olmadığını, Dövlətimiz, cəmiyyətimiz tərəfindən daim böyük diqqət gördüklərini deyib və buna görə təşəkkürünü bildirib.
 
Ailənin sosial vəziyyəti 1 saylı Bakı DOST Mərkəzi tərəfindən diqqət mərkəzində saxlanılacaq.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi