Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirmələrinin əl işlərinin satış-sərgilərinə başlanıb.
İlk satış-sərgi bu gün 1 saylı DOST Mərkəzində təşkil olunub və iki gün (hər gün saat 11:00-dən 17:00-dək) davam edəcək. Xalçaçılıq, toxuculuq, rəssamlıq, oyma növləri üzrə müxtəlif əl işləri sərgilənərək satışa çıxarılıb.
Ümumilikdə aprel-may ayları ərzində belə satış-sərgilərin təşkili nəzərdə tutulub.
Sosial Xidmətlər Agentliyi, “ASAN xidmət” və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə ardıcıl olaraq təşkil olunacaq satış-sərgilərin tarixləri və ünvanları belədir:
Əsas məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının cəmiyyətə tanıdılmasına, yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, ümumən bu kateqoriyadan olan vətəndaşların cəmiyyətə inteqrasiyasına yaxından dəstək olmaqdır.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi