51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

24 fevral 2020, 12:57
A+ A-
51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış qaydada təyinatı sistemləri işə salınıb.

Ötən dövrdə bu e-sistemlər vasitəsilə  51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı həyata keçirilib. Onlardan 17800-nə e-qaydada pensiya, 33200-nə isə müavinət və təqaüd təyin edilib.

Beləliklə, həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac olmadan onlara proaktiv şəkildə, e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

Yaradılmış e-təyinat sistemləri il ərzində  sosial təminat növləri üzrə 200 minədək təyinatın  elektron şəkildə həyata keçirilməsinə imkan verir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi