Nazir Sahil Babayev şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət etdi - VİDEO

21 iyun 2021, 13:04
A+ A-
Nazir Sahil Babayev şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı müraciət etdi - VİDEO

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başlanan “Məşğulluq marafonu”na qoşulanların sayı artmaqda davam edir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev artıq 100-dən çox işəgötürənin bu marafona qoşularaq vakansiyalarını elektron sistemə daxil etdiklərini bildirib, hər bir işəgötürəni bu aksiyaya qoşulmağa dəvət edib:

İşəgötürənlər bu aksiyada fəal iştirak etməklə Vətən uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın yaxınlarına və həmin döyüşlərdə sağlamlıqlarını qurban vermiş qazilərimizin məşğulluğunun təminatına dəstək vermiş olurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi