Əlilliyi olan şəxslərin hüquqları sahəsində onlayn görüş keçirilib

24 iyun 2021, 10:40
A+ A-
Əlilliyi olan şəxslərin hüquqları sahəsində onlayn görüş keçirilib
Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi ilə bağlı Monitorinq Komissiyası və ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş tərkibli onlayn görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən DOST Agentliyi, həmçinin əlilliyi olan şəxslərin hüquqları sahəsində fəaliyyət göstərən QHT nümayəndələri, ictimai fəal şəxslərin dəvət edildiyi görüşdə bu sahədə dövlət tərəfindən görülmüş işlər, tədbirlər planı və onun icra vəziyyəti barədə məlumat verilib, “Əlilliyi olan şəxslərin hüququları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində monitorinq komissiyasının 2020-ci il üçün nəzərdə tutulan monitorinqin nəticələrinə dair hesabatı” və 2021-ci il üçün tədbirlər planı təqdim olunub. Görüş iştirakçıları hesabatla bağlı rəy və təkliflərini bildiriblər, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi