Asan Aç

“Gümüşü İrs” sertifikatlı təlim kursu üçün qeydiyyat başlandı

15 aprel 2021, 10:40
A+ A-
“Gümüşü İrs” sertifikatlı təlim kursu üçün qeydiyyat başlandı

Proqram çərçivəsində elm, incəsənət və digər sahələrdə işinin peşəkarı olmuş yaşlılarımız illər ərzində toplanmış təcrübələrini və biliklərini gənclərlə paylaşacaq! Təlimlər “Təhsil və tarix”, “Mədəniyyət və incəsənət”, “Hüquq”, “Karyera inkişafı və motivasiya”, “Sağlamlıq və psixologiya” modulları üzrə keçiriləcək.

Təlimlər 27 aprel-28 may tarixlərində 5 həftə ərzində onlayn formatda keçiriləcək və iştirakçılar xüsusi sertifikatlar əldə edə biləcəklər.

Proqram BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin DOST Agentliyi tərəfindən icra olunan komponenti çərçivəsində həyata keçirilir.

Təlimdə iştirak etmək istəyənlər üçün qeydiyyat linki: 
http://tiny.cc/gumushuirs 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi