DOST Agentliyinin əməkdaşları Vətən müharibəsi qazilərini təbrik ediblər

26 iyun 2021, 18:11
A+ A-
DOST Agentliyinin əməkdaşları Vətən müharibəsi qazilərini təbrik ediblər
26 iyun Silahlı Qüvvələr Günü münasibətilə DOST Agentliyinin əməkdaşları qazı ailələrini ziyarət edib və onları təbrik ediblər.
 
Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək yaralanmış və əmək qabiliyyətlərini müəyyən dərəcədə itirən bu şəxslərə dövlətin onlara yönəli sosial dəstək tədbirləri barədə məlumat verilib.
 
Qeyd edilib ki, Vətən müharibəsi qaziləri və şəhid ailələri dövlətimiz tərəfindən daim qayğı ilə əhatə olunacaqlar və DOST Agentliyi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri çərçivəsində onlara istənilən dəstəyi göstərməyə hazırdır.
 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi