Asan Aç

Serbiyalı nazirin başçılıq etdiyi nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub

7 iyul 2021, 15:11
A+ A-
Serbiyalı nazirin başçılıq etdiyi nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub

Ölkəmizə səfərə gəlmiş Serbiya Respublikasının Əmək, Məşğulluq, Veteranlar və Sosial İşlər naziri xanım Darija Kisiç Tepavçeviçin başçılıq etdiyi nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olublar.
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov serbiyalı nazir Darija Kisiç Tepavçeviçə agentlik və "DOST" mərkəzlərinin fəaliyyəti ilə bağlı məlumat verib. Fərid Məmmədov qeyd edib ki, sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, hər kəsə dost məramı ilə yanaşan, şəffaflıq, operativlik və vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə yaradılan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsidir. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi iki il ərzində 500 min nəfərə yaxın vətəndaşa xidmət göstərib.
"DOST" mərkəzlərinin dövlət sosial xidmətlər sektoruna gətirdiyi əsaslı keyfiyyət dəyişikliyi, innovativ üstünlüklər serbiyalı nazir Darija Kisiçin marağına səbəb olub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi