Artıq DOST mərkəzlərində də COVİD-19 əleyhinə vaksinasiya həyata keçirilir

17 avqust 2021, 18:03
A+ A-
Artıq DOST mərkəzlərində də COVİD-19 əleyhinə vaksinasiya həyata keçirilir

Vətəndaşlar artıq DOST mərkəzlərində də COVİD-19 infeksiyasına qarşı peyvənd oluna bilirlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə DOST mərkəzlərində peyvənd məntəqələri yaradılıb. Məqsəd vətəndaşların COVID-19 xəstəliyi əleyhinə peyvəndə əlçatanlığını təmin etmək, rahat şəkildə və vaxt itirmədən vaksinasiyasını həyata keçirmək, eləcədə də DOST xidmətlərindən istifadə etmələrini təmin etməkdir. Vaksinasiya prosesində vətəndaşlar həkim yoxlanışından sonra “CoronaVac” vaksinindən istifadə olunmaqla peyvənd olunurlar.

Qeyd edək ki, 16 avqust tarixindən etibarən DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd pasportu və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları, eləcə də peyvənd olunmağa əks göstəriş barədə təsdiqedici sənəd olduğu halda həyata keçirilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi