DOST mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır

22 avqust 2021, 22:05
A+ A-
DOST mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri fəaliyyətə başlayır
23 avqustdan etibarən DOST mərkəzlərində vahid əlaqələndirmə mərkəzləri (VƏM) fəaliyyətə başlayır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan VƏM-də 7 qurum tərəfindən ümumilikdə 26 xidmət göstəriləcək. VƏM-in xidmət göstərəcəyi insanlar isə, əsasən şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və əlilliyi müəyyən edilmiş şəxslərdir. Vahid əlaqələndirmə mərkəzlərində bu kateqoriyadan olan şəxslərə 7 qurum tərəfindən ümumilikdə 26 xidmət göstəriləcək.
 
Mərkəzin yaradılmasında məqsəd bu şəxslərin əlavə xərclərinin və vaxt itkisinin qarşısını almaq, onlara göstərilən xidmət səviyyəsini yüksəltmək və xidmətlərin əlçatanlığını, rahatlığını təmin etmək, vətəndaş məmnunluğunu və şəffaflığı təmin etmək, həmçinin korrupsiyaya qarşı mübarizəni gücləndirməkdir.
 
Xidmətlər “bir pəncərə” xidmət sistemi çərçivəsində operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçiriləcək.
Vahid əlaqələndirmə mərkəzi ilkin mərhələdə 1, 2, 3 və 4 saylı Bakı DOST Mərkəzlərində fəaliyyət göstərəcək.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi