Vətən müharibəsinin ildönümünə həsr olunmuş sərgi keçiriləcək

16 sentyabr 2021, 12:30
A+ A-
Vətən müharibəsinin ildönümünə həsr olunmuş sərgi keçiriləcək

27 sentyabr-10 noyabr tarixlərində 4 saylı Bakı DOST Mərkəzində Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş sərgi təşkil olunacaq.

44 gün davam edəcək sərginin keçirilməsində məqsəd Qarabağ müharibəsi əlilləri və Mərkəzdə yerləşən İnklüziv İncəsənət Məktəbinin əlilliyi olan tələbələrinin istedad və qabiliyyətlərinin cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

Vətən mövzusunda hazırlanan əl işlərindən ibarət əsərlərin satışından əldə olunan gəlirlər birbaşa olaraq həmin əsərlərin müəlliflərinə təqdim ediləcək.

Əl işlərini cəmiyyətə tanıtmaq istəyən qazilərimizi sərgidə iştirak etməyə dəvət edirik. Bunun üçün onlar şəxsiyyət vəsiqəsi ilə 4 saylı Bakı DOST Mərkəzində yerləşən İnklüziv İncəsənət Məktəbinə yaxınlaşaraq qeydiyyata alına bilərlər.

Qeydiyyat üçün son tarix: 23 sentyabr
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 31-03
İş qrafiki: Bazar ertəsi - cümə: 09:00-18:00

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi