Asan Aç

Vətən müharibəsindəki qəhrəmanlıqları divarlara həkk edək

20 oktyabr 2021, 17:43
A+ A-
Vətən müharibəsindəki qəhrəmanlıqları divarlara həkk edək
Vətən müharibəsində Azərbaycan əsgərinin keçdiyi zəfər yolunu əbədiləşdirmək üçün daha bir layihəyə start verilir. DOST Agentliyinin "Könüllü DOST" proqramının "Virtual DOST" altproqramı çərçivəsində baş tutacaq layihədə 44 günlük Vətən müharibəsinin zəfərinə həsr olunmuş "Zəfər" qraffiti müsabiqəsinin keçirilməsi planlaşdırılır.
 
 
Layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində qazanılmış zəfərin müxtəlif qraffiti eskizləri əsasında təsviridir. İlk mərhələdə müxtəlif qraffiti çəkmə bacarığı olan şəxslərin hazırladığı zəfərimizi tərənnüm edən qraffiti eskizlərinin təqdim olunması nəzərdə tutulur. Təqdim edilən eskizlər toplanılaraq öncədən təyin olunmuş münsiflər tərəfindən qiymətləndiriləcək. Qalib gələn eskiz, müəllifi tərəfindən xüsusi hazırlanmış divarda çəkilərək ictimaiyyətə nümayiş olunacaqdır. Müsabiqə qalibi xüsusi hazırlanmış simvolik hədiyyələrlə təltif olunacaq.
 
Müsabiqədə iştirak etmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilər:
 
Qeydiyyat üçün son tarix: 30 oktyabr

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi