Həssas qruplar pandemiya dövründə də sosial xidmətlərlə təmin olunacaq

20 oktyabr 2021, 18:01
A+ A-
Həssas qruplar pandemiya dövründə də sosial xidmətlərlə təmin olunacaq

Həssas qrupların sosial xidmətlərə əlçatanlığı pandemiya dövründə də təmin olunacaq. Xidmətlərin COVİD-19 pandemiyası dövründə maneəsiz təmin edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST Agentliyinin əməkdaşlarına təlim keçirilib. Təlimlər Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) proqramı çərçivəsində baş tutub.

Seminarın keçirilməsində əsas məqsəd DOST Agentliyinin əməkdaşlarının böhran vəziyyətlərində xidmətlərin göstərilməsi ilə bağlı bilik və bacarıqlarının artırılmasıdır. Təlimdə əməkdaşlar Avropa İttifaqı ölkələri ilə təcrübə mübadiləsinin aparılması və sosial xidmətlərin təkmilləşdirilməsi sahəsində müasir metodlarla bağlı bilgiləndirilib.

Xarici ekspertlər tərəfindən keçirilən təlimlər iki gün davam edib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi