Fəal Yaşlanma layihəsi çərçivəsində "Qəlbi cavanlar" düşərgəsi təşkil olunub

28 oktyabr 2021, 17:16
A+ A-
Fəal Yaşlanma layihəsi çərçivəsində

“Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaşı 65-dən yuxarı olan şəxslər üçün asudə vaxtın səmərəli təşkili və icmalaşma məqsədilə Zirə Ekoparkında “Qəlbi cavanlar” təlim və yaradıcılıq düşərgəsi təşkil olunub. Düşərgədə 90 nəfər yaşlı şəxs üçün təbiət qoynunda yoqa dərsi, xalça muzeyinə ekskursiya, kinoteatrda yeni filimin nümayişi təşkil edilib, toxuculuq, tikiş, rəssamlıq üzrə ustad dərsləri, eləcə də şahmat yarışları keçirilib.

“Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, ƏƏSMN və UNFPA-nın maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin 3-cü komponenti üzrə müqavilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu və DOST Agentliyi arasında imzalanıb. Layihənin məqsədi yaşı 65-dən çox olan insanların müasir mühitə uyğunlaşması üçün zəruri bilik və bacarıqlarının artırılması, onların təcrübəsinin gənc nəslə ötürülməsi və asudə vaxtlarının keyfiyyətli təşkili ilə “bərabərlərin icmalaşması”nın təşviq edilməsidir.
Layihənin icra müddəti ərzində 3 mindən artıq yaşlı arasında sorğu keçirilib, proqram təminatı hazırlanıb, əməkdaşlar təlimatlandırılıb, təlim ehtiyacları qiymətləndirilib. Yaşlı insanların ehtiyaclarına və bacarıqlarına əsaslanaraq, 24 təlimçi və koordinator hazırlanıb, 1000-dən artıq yaşlı şəxsə gənclər tərəfindən 3 mindən artıq təlim keçirilib. Eyni zamanda yaşı 65-dən yuxarı olan şəxslər tərəfindən 30 video-mühazirə keçirilib və Youtube-da baxış sayı 19 mini ötən dərslər nəticəsində 17-35 yaş arasında 1054 iştirakçıya elektron sertifikatlar təqdim olunub.

Layihə oktyabr ayının sonuna qədər davam edəcək. Əlavə və yenilənən məlumatları DOST Agentliyinin veb-saytı, Facebook, İnstaqram və YouTube səhifələrindən əldə etmək mümkündür.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi