Abşeron DOST mərkəzində də vahid əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb

3 noyabr 2021, 17:29
A+ A-
Abşeron DOST mərkəzində də vahid əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb

DOST mərkəzlərində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində Vətən müharibəsi şəhid ailələri və müharibə əlilləri, habelə Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulara, həmçinin birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərə xidmət göstərilir. Bu kateqoriyadan olan şəxslər 7 dövlət qurumunun göstərdiyi 26 xidmətdən yararlanır. Şəhid ailələri, qazilər bu xidmətləri almaq üçün ayrı-ayrılıqda həmin qurumlara deyil, yalnız bir məkana - vahid əlaqələndirmə mərkəzinə müraciət edə bilər.

Vahid əlaqələndirmə mərkəzinin yaradılmasında məqsəd xidmət səviyyəsini yüksəltmək, xidmətlərin əlçatanlığını və vətəndaş məmnunluğunu təmin etməkdir.

Avqustun 23-dən DOST mərkəzlərində fəaliyyətə başlayan vahid əlaqələndirmə mərkəzlərində indiyədək Vətən müharibəsi şəhidlərinin ailəsi üzvləri və qazilərdən ibarət 2800-ə yaxın şəxsə xidmət göstərilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi