Asan Aç

İncəsənət və Sənətkarlıq istiqamətlərini əhatə edən video-dərslər təqdim edilib

12 noyabr 2021, 18:37
A+ A-
İncəsənət və Sənətkarlıq istiqamətlərini əhatə edən video-dərslər təqdim edilib
DOST Agentliyi tərəfindən İncəsənət və Sənətkarlıq istiqamətlərini əhatə edən video-dərslər təqdim olunub. Agentliyin rəsmi YouTube kanalında yayımlanan dərslər “Aşpazlıq”, “Toxuculuq”, “Tikiş” və “Tullantıdan incəsənətə” istiqamətləri üzrə 16 videodan ibarətdir. Video-dərslər “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində hazırlanıb.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondunun UNFPA Azerbaijan dəstəyi ilə həyata keçirilir. Məqsəd həyatları boyu müxtəlif peşələr üzrə çalışmış və hazırda təqaüddə olan insanların bilik və bacarıqlarının gənclərə ötürülməsidir.
 
“Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilir.
 
Video-dərsləri DOST Agentliyinin rəsmi YouTube səhifəsində izləyə bilərsiniz:

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi