Asan Aç

“Əlil sahibkarlara dəstək” layihəsinə başlandı

3 dekabr 2021, 17:05
A+ A-
“Əlil sahibkarlara dəstək” layihəsinə başlandı

Sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası və sosial sahibkarlıq fəaliyyətini təşviq etmək məqsədilə yeni layihəyə - “Əlil sahibkarlara dəstək” layihəsinə start verilib.  

Layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və DOST Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Azərsu” ASC, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İB birgə həyata keçirəcək.  
3 dekabrda, Beynəlxalq Əlilliyi olan Şəxslər günündə “Əlil sahibkarlara dəstək” layihəsi ictimaiyyətə təqdim olunub. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, əlilliyi olan şəxslər və sahibkarlar iştirak ediblər.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və “Əlil Sahibkarlar Təşkilatı” İB-nin sədri Mirzə Məmmədvəliyev layihənin sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, onların biznesyönümlü bilik və bacarıqlarının artırılması, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yeni biznes təşəbbüslərinə dəstək olacağını qeyd ediblər. 

Sonra Dövlət Məşğulluq Agentliyi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi, KOBİA, “Azərsu” ASC, Bakı Mühəndislik Universiteti, “FORİELLA” MMC və “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyi arasında “Əlil sahibkarlara dəstək” layihəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tədbir çərçivəsində həmçinin, həssas sosial kateqoriyaya aid şəxslərin məşğulluğuna dəstək göstərmiş bir qrup sahibkara təşəkkürnamələr təqdim edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Layihə çərçivəsində əlilliyi olan və sahibkarlıq fəaliyyətinə maraq göstərən şəxslər xalçaçılıq, dərzi, foto və video operator, məişət və elektron avadanlıqların təmiri istiqamətlərində peşə biliklərinə yiyələnəcəklər. Bu məqsədlə layihənin tərəfdaşları tərəfindən iştirakçılar üçün peşə təlimləri, biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin idarə olunması və inkişafı sahəsində məsləhət xidmətləri göstəriləcək. Təlimləri uğurla bitirən şəxslər özünüməşğulluq proqramı çərçivəsində Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar.

“Əlil sahibkarlara dəstək” layihəsinə başlandı
“Əlil sahibkarlara dəstək” layihəsinə başlandı
“Əlil sahibkarlara dəstək” layihəsinə başlandı
“Əlil sahibkarlara dəstək” layihəsinə başlandı
“Əlil sahibkarlara dəstək” layihəsinə başlandı
“Əlil sahibkarlara dəstək” layihəsinə başlandı
“Əlil sahibkarlara dəstək” layihəsinə başlandı
“Əlil sahibkarlara dəstək” layihəsinə başlandı

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi