DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov dövlət qurumları arasında keçirilən “Zəfər turniri-2021” mini futbol yarışında üçüncü yeri qazanan DOST komandasının üzvləri ilə görüşüb.
Komanda üzvlərini uğur münasibətilə təbrik edən F.Məmmədov onlara gələcək yarışlarda daha böyük uğurlar arzulayıb.
Ölkəmizin Vətən müharibəsində qazandığı parlaq Zəfərin birinci ildönümünə həsr olunmuş turnir 16 dövlət qurumunun əməkdaşları və könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilib. Noyabrın 1-də start götürən yarış Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günündə - dekabrın 24-də başa çatıb.
Qeyd edək ki, layihə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, "Karabakh is Azerbaijan!" Milli Platformasının Türkiyə Koordinatorluğu nəzdində fəaliyyət göstərən "Karabağ Azerbaycandır Koordine Etme Derneği"nin və "QOLAT Sport Service"in təşkilatçılığı ilə həyata keçirilib.