DOST mərkəzlərində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə vətəndaş müraciətləri davam edir

27 yanvar 2022, 15:21
A+ A-
DOST mərkəzlərində fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərinə vətəndaş müraciətləri davam edir

İndiyədək vahid əlaqələndirmə mərkəzlərinə ümumilikdə 12 minə yaxın vətəndaş müraciət edib. Bu müraciətlərin 9353-i DOST mərkəzləri, 1431-i regional vahid əlaqələndirmə mərkəzləri və 1153-i Çağrı Mərkəzi 142 vasitəsilə qeydə alınıb.

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzləri şəhid ailələri üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlər göstərir.

Bu mərkəzlərdə hazırda 39 dövlət orqanı (6 mərkəzi, 33 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında təqdim edilir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi