DOST mərkəzlərinin əməkdaşları tənha yaşayan ahıl xanımları 8 Mart münasibəti ilə təbrik edib

8 mart 2022, 15:43
A+ A-
DOST mərkəzlərinin əməkdaşları tənha yaşayan ahıl xanımları 8 Mart münasibəti ilə təbrik edib
“DOST” mərkəzlərinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən tənha ahıl və əlilliyi olan şəxslərdən bir sıra xanımları ziyarət ediblər. Onları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə evlərində təbrik ediblər.
 
 
Təbrikdə “DOST” mərkəzlərinin Səyyar xidmətlərin təşkili şöbəsinin əməkdaşları və mərkəzin könüllüləri iştirak ediblər.
 
Xanımlar onlara dəyər verdikləri üçün DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür ediblər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi