Fevral ayında DOST mərkəzlərinə 53 140 vətəndaş müraciət edib

11 mart 2022, 09:41
A+ A-
Fevral ayında DOST mərkəzlərinə 53 140 vətəndaş müraciət edib
DOST Agentliyində cari ilin fevral ayı ərzində DOST mərkəzlərinin fəaliyyəti ilə bağlı hesabat xarakterli iclas keçirilib. İclasda ötən ay ərzində görülmüş işlər, mərkəzlərdə xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı yeniliklər, həmçinin vətəndaş məmnunluğuna hesablanan fəaliyyətlər müzakirə edilib.
 
 
Onlayn formatda baş tutan görüşdə mərkəzlərin fəaliyyəti ilə bağlı hesabat dinlənilib. Bildirilib ki, fevral ayı ərzində DOST mərkəzlərində 53 140 vətəndaş müraciəti qeydə alınıb. Müraciətlər əsasən pensiya (27,11%), sosial müavinətlər (25,08%), məşğulluq (23,75%), əlillik (10,18%), vahid əlaqələndirmə mərkəzləri (7,11%) ilə bağlı olub. Mərkəzlərə, həmçinin bank, notarius və övladlığagötürmə ilə bağlı 5 minə yaxın müraciət daxil olub. Ümumilikdə, fəaliyyətə başladığı dövrdən DOST mərkəzlərinə 796 948 vətəndaş müraciətinin qeydə alındığı bildirilib. Göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98% olub.
 
İclasda növbəti aylarda qarşıya qoyulan vəzifələr və onların icrası müzakirə olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi