Autizm sindromlu uşaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

2 aprel 2022, 12:55
A+ A-
Autizm sindromlu uşaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar
2 aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar “Birgə və Sağlam” İctimai Birliyinin nəzdindəki Autizm Mərkəzinin autizm sindromlu uşaqları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar. Tədbir DOST Agentliyinin təşkilatçılığı ilə baş tutub. Mərkəzlə tanış olan balacalara buradakı yaradıcılıq bölmələri, dərnəklər barədə məlumat verilib.
Uşaqlar daha sonra Mərkəzdəki kapoeyra və rəsm təlimlərində iştirak edib, keramika studiyasında təlimçilərin köməyi ilə gildən əşyalar düzəldib, dekorativ məmulatları rəngləyiblər. Musiqi, xalçaçılıq studiyaları ilə də tanış olan autizm sindromlu uşaqlar taxta emalatxanasında ağac üzərində oyma sənəti, floristika və landşaft dizaynı studiyasında canlı və qurudulmuş güllərdən kompozisiyaların hazırlanması texnikası ilə tanış olublar.
Tədbir autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyası, bacarıqlarının inkişaf etdirilməsi və onların maraqlı, əyləncəli gün keçirməsi məqsədi daşıyıb. Uşaqlar bundan sonra da DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin onlar üçün maraqlı olan təlimlərində iştirak edəcəklər.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi