Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır

27 fevral 2020, 10:26
A+ A-
Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır

Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti “DOST xonçası” kampaniyasına start verir.  

İlk dəfə ötən ilin eyni dövründə keçirilən bu aksiya ictimaiyyət tərəfindən böyük maraqla qarşılanmışdı. Bayrama qədər davam edən və gündən-günə genişlənən, Novruzun bayramlaşmaq kimi nəcib adətini ifadə edən aksiyaya qısa bir müddətdə 120-dən çox təşkilat və tanınmış şəxs qoşulmuşdu.

Bu da xalqımızın zəngin mənəvi dünyasının, Novruz bayramının yüksək dəyərlərinə bağlılığının, həm də yaşlı, ahıl insanlara hörmət hissinin, qayğıkeş münasibətinin bir göstəricisidir. 

“DOST xonçası” aksiyasının bu dəfə də məqsədi evlərində tənha yaşayan ahıllarımızın, həssas qruplardan olan digər insanlarımızın, bu və ya digər aztəminatlı ailənin Novruz xonçası ilə qapısını açmaq, onlarla bayramlaşmaq, onlara xoş ünsiyyətlə bir bayram ovqatı bəxş etməkdir.

Aksiyamıza qoşulanlardan bu barədə postlarını #dostxonçası həştəqi altında paylaşmağı və dostlarını da dəvət etməyi xahiş edirik.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi