DOST Agentliyinin tərəfdaşlığı ilə “İntellektual klubların Gənclər liqası” keçiriləcək

25 aprel 2022, 17:46
A+ A-
DOST Agentliyinin tərəfdaşlığı ilə “İntellektual klubların Gənclər liqası” keçiriləcək

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə ölkə tarixindəki ən böyük intellektual turnirə start verilir.
Bilik və zəkasına güvənən gənclər komanda şəklində qeydiyyatdan keçərək turnirdə iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş komandalar 4 həftə ərzində öz rayonlarında keçiriləcək seçim turlarında iştirak edəcək və qalib olan komandalar zona finallarına vəsiqə qazanacaqlar. Zona qalibləri isə 11-12 iyun tarixində Bakıda keçiriləcək final mərhələsində iştirak haqqı əldə edəcəklər.

Yaş həddi 16-29 aralığında olan gənclər turnirdə iştirak edə bilər. Yarışda hər bir komanda 6 oyunçudan ibarət olacaq və “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq”, “Erudit Kvartet” oyunlarında iştirak edəcəklər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “Badamlı” şirkəti layihənin tərəfdaşları, ARB media qrupu isə media dəstəkçisidir.

Aşağıdakı link və ya GəncApp mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:
Link: https://genc.az/intellektual-klublarin-gənclər-liqasi/

Son qeydiyyat tarixi: 28 aprel saat 23:59
Turnirlə bağlı yeniliklərdən xəbərdar olmaq üçün “İntellektual klubların II Gənclər kuboku” adlı facebook qrupuna qoşula bilərsiniz: https://bit.ly/3LcmUPM

Qeyd edək ki, Bakı komandaları üçün seçim may ayında keçiriləcək. 

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi