Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin Beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisi İeva Lukoşeviç 3 saylı Bakı DOST Mərkəzində olub.
DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev qonağı mərkəzlə tanış edib, xidmət prosesi barədə ətraflı məlumat verib.
Daha sonra DOST xidmətləri departamentinin direktoru Aygün Musayeva DOST layihəsi haqqında təqdimatla çıxış edib. Təqdimatda korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib. Həmçinin bu yaxınlarda DOST Agentliyinin LRQA sertifikatlaşdırma təşkilatı tərəfindən layiq görüldüyü ISO sertifikatlarından birinin Korrupsiyaya qarşı idarəetmə sistemi üzrə olduğu qonağın diqqətinə çatdırılıb.
Qeyd edək ki, İeva Lukoşeviç 16-20 may tarixlərində Hüquq-Mühafizə Orqanlarının işçiləri üçün Avropa İttifaqının Təlimlər Agentliyi (CEPOL) tərəfindən təşkil olunmuş təcrübə mübadiləsi proqramı çərçivəsində Azərbaycanın hüquq sistemi ilə tanış olması məqsədi ilə Bakı şəhərində təcrübə səfərindədir.