DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

19 may 2022, 09:25
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. Onlayn formatda baş tutan görüşdə DOST mərkəzlərinin fəaliyyəti müzakirə olunub. Məlumatların idarə edilməsi və təhlil departamenintinin Təhlil şöbəsinin məsləhətçisi Qəşəng Abbasova DOST mərkəzlərinin aprel ayı üzrə fəaliyyətinin yekunlarına dair hesabatla çıxış edib.

İclasda həmçinin İnventarizasiya prosesi üzrə iş planının İdarə Heyəti ilə razılaşdırılması müzakirə olunub. Bu mövzu ilə bağlı Maliyyə və mühasibatlıq departamentinin direktor müavini Elvin Əlimərdanov məruzə ilə çıxış edib.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib, bu istiqamətdə müvafiq bölmələrə tapşırıqlar verib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi