Asan Aç

Şəhid övladı DOST Agentliyinin “sədri” oldu

1 iyun 2022, 14:15
A+ A-
Şəhid övladı DOST Agentliyinin “sədri” oldu

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə DOST Agentliyində uşaqlar rəmzi olaraq rəhbər vəzifəli şəxslərin səlahiyyətlərini icra ediblər.
Vətən Müharibəsi şəhidi Tofiq Kərimovun övladı Fərid Kərimov DOST Agentliyinin İdarə Heyətinin sədri “seçilib”. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov öz yerini digər şəhid övladlarının səsverməsi əsasında seçilən “yeni sədr” Fərid Kərimova təhvil verib.
15 yaşlı Fərid Kərimov 253 saylı məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyan Fərid gələcəkdə təhsilini Türkiyədə kompüter mühəndisliyi ixtisası üzrə davam etdirmək niyyətindədir.
Fəridin atası Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Vətən müharibəsi şəhidi Tofiq Kərimov Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərib. O, noyabrın 8-də Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı, "Şuşanın azad olunmasına görə" medalı və "İgidliyə görə" medalı ilə təltif edilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi