Asan Aç

Regionlarda “DOST” mərkəzləri yaradılır

26 iyun 2022, 13:50
A+ A-
Regionlarda “DOST” mərkəzləri yaradılır

“DOST” mərkəzləri şəbəkəsinin ölkəmizin regionları üzrə genişləndirilməsi işləri çərçivəsində 2022-2023-cü illərdə Bərdə və Quba rayonlarında da “DOST” mərkəzləri açılacaq. 

Bu dövrdə həmçinin 5 saylı Bakı “DOST” Mərkəzi istifadəyə veriləcək. İşğaldan azad edilmiş ərazilərimizlə bağlı “Qarabağ və Şərqi Zəngəzur” DOST proqramı üzrə həmin ərazilərdə bir neçə mərkəz, filial və xidmət məntəqələri də yaradılacaq.

2019-cu ilin may ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və həmin vaxtdan artıq 5 “DOST” mərkəzi açılıb.  

Bu mərkəzlərdə sosial sahə üzrə 154 xidmət “bir pəncərə”dən, müasir, çevik, tam şəffaf şəkildə, vətəndaş məmnunluğuna uyğun göstərilir. 

Ölkə əhalisinin 2 milyon 500 min nəfəri və ya ümumilikdə 25 faizi DOST xidmətləri ilə əhatə olunub.

Ötən dövrdə bu mərkəzlərdə 1 milyona yaxın vətəndaşa xidmət göstərilib, həmin xidmətlərdən vətəndaş məmnunluğu isə 98,5 faizdir.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi