Asan Aç

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş keçirilib

28 iyun 2022, 20:38
A+ A-
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində növbəti görüş keçirilib

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib.

Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı qeyri-hökumət təşkilatlarının nümayəndələri, müvafiq sahə üzrə ekspertlər, həmçinin Avropa İttifaqının nümayəndəsi, inklüziv təhsil üzrə beynəlxalq ekspert, professor Mişel Mur iştirak edib.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülmüş işlər barədə danışıb. Bu sahəyə diqqətin prioritet istiqamətlərdən biri olduğunu qeyd edən F.Məmmədov gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə məlumat verib.

DOST Agentliyinin əməkdaşı Zəhra Həsənova "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılmasının məqsəd və vəzifələri, görülən işlər" mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Monitorinq Komissiyasının məqsədi, əsas istiqamətləri, əhatə etdiyi sahələr, hədəf qrupları və s. mövzularla bağlı məlumat verilib.

Daha sonra tədbir iştirakçıları ilə “Şəhər ifrastrukturunda mövcud müyəssər şəraitin xəritələşdirilməsi, müyəssər marşrutlar və obyektlərin xəritə üzərində ictimai reyesterinin hazırlanması üçün pilot layihə imkanlarının qiymətləndirilməsi” mövzusunda fokus qrup müzakirəsi keçirilib. Tədbir iştirakçıları mövzu ilə bağlı öz rəy və təkliflərini səsləndiriblər.

Sonda Fərid Məmmədov bu cür görüşlərin davamlı keçiriləcəyini, səsləndirilən rəy və təkliflərin komissiya tərəfindən nəzərə alınacağını qeyd edib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi