Asan Aç

Rumıniyadan olan nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub

22 iyun 2022, 10:08
A+ A-
Rumıniyadan olan nümayəndə heyəti 4 saylı Bakı DOST Mərkəzində olub
Rumıniyanın energetika nazirinin müavini Corce-Serciu Nekulesku, əmək və sosial həmrəylik nazirinin müavini Kıtılin Bobok və Rumıniyanın Azərbaycandakı Səfirliyinin diplomatik müşaviri Kristian Daçika 4 saylı Bakı DOST Mərkəzində olub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qonaqları mərkəzlə tanış edib, DOST layihəsi haqqında ümumi məlumat verib. DOST Agentliyinin İdarə Heyətinin sədr müavini Seymur Alıyev mərkəzlərin iş prinsipi, xidmət sahələri ilə bağlı yenilikləri diqqətə çatdırıb.
Daha sonra Fərid Məmmədov DOST konsepsiyası barədə geniş təqdimatla çıxış edib. Qeyd olunub ki, mərkəzlərdə vətəndaşlara “bir pəncərə”dən əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmət göstərilir. 2025-ci ilə qədər DOST xidmətlərinin bütün Azərbaycan ərazisini əhatə edəcəyi diqqətə çatdırılıb.
Rumıniya rəsmiləri DOST Agentliyinin kifayət qədər unikal bir layihə olduğunu və bir çox dövlətlər üçün nümunə ola biləcəyini qeyd ediblər.
Görüşdə tərəflər arasında gələcək mümkün əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb.
Qeyd edək ki, görüş Rumıniyanın energetika naziri Vircil-Daniel Popeskunun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfəri çərçivəsində baş tutub. Nümayəndə heyəti Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün 21-24 iyun tarixlərində Bakı şəhərində olacaq.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi