İsveç Krallığının Məşğulluq Xidmətinin nümayəndələri 1 saylı Bakı DOST Mərkəzində olub. DOST Agentliyinin İdarə Heyətinin sədr müavini Seymur Alıyev qonaqlara mərkəzin iş prinsipi, xidmət bölmələri barədə məlumat verib. İsveçli nümayəndələr həmçinin mərkəzdə göstərilən xidmət prosesini izləyiblər.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, əlillik, pensiya, sosial sığorta və s. üzrə 154 növ xidmət göstərildiyini bildirib. Qeyd olunub ki, bu xidmətlər “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunur.
Daha sonra İsveç Krallığının Məşğulluq Xidmətinin nümayəndələrinə DOST konsepsiyası və fəaliyyəti barədə təqdimat nümayiş olunub. Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi