Asan Aç

Əlillik hansı kateqoriyalar üzrə məhdudlaşma faizinə uyğun müəyyən olunacaq?

30 iyun 2022, 10:59
A+ A-
Əlillik hansı kateqoriyalar üzrə məhdudlaşma faizinə uyğun müəyyən olunacaq?

Yeni meyarlar:

İyulun 1-dən qüvvəyə minəcək yeni “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlilliyinin qiymətləndirilməsi insanın həyat fəaliyyətinin 7 kateqoriya üzrə bacarıqların məhdudlaşma faizləri müəyyən olunmaqla aparılacaq.

Bu bacarıqlara daxildir:

  • özünəqulluqbacarığı (insanın əsas fizioloji tələbatlarını sərbəst həyata keçirmək, gündəlik məişət fəaliyyəti, o cümlədən şəxsi gigiyena bacarıqları); 
  • sərbəst hərəkətetməbacarığı (sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik, bədən vəziyyəti dəyişdirilərkən bədənin tarazlığını qorumaq, ictimai nəqliyyatdan istifadə bacarığı);
  • istiqamətseçməbacarığı (ətraf şəraitin adekvat şəkildə qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı);
  • ünsiyyətbacarığı (məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi, ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı);
  • davranışına nəzarətetməbacarığı (özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı);
  • öyrənməbacarığı (bilik və bacarıqların qavranılması, təcrübənin artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı);
  • əmək fəaliyyətibacarığı (işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun əmək fəaliyyəti bacarığı).

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi