Gələn aydan qüvvəyə minəcək yeni meyarlara əsasən, hər hansı şəxsə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulması hallarında daha üstün sosial təminat hüququ verən əlillik səbəbi müəyyən ediləcək. Belə hallarla bağlı orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildikdə də, onlardan ən yüksək olan faiz götürüləcək.
Bu yanaşma peşə xəstəliyi və istehsalat zədəsi hallarına aid edilməyəcək.
Yeni əlillik meyarlarına görə əlillik 1 il, 2 il, 5 il müddətinə və ya müddətsiz təyin olunacaq.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi