Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində QHT nümayəndələri ilə görüş keçirilib

2 iyul 2022, 10:19
A+ A-
Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində QHT nümayəndələri ilə görüş keçirilib
Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş keçirilib.
Tədbirdə Əlilliyi olan şəxslərin hüquqları sahəsində Dövlət Monitorinqi Komissiyasının üzvləri ilə yanaşı qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı iştirak edib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlət tərəfindən görülmüş işlər, o cümlədən müvafiq sahədə dövlət monitorinqinin təşkilinin məqsəd və vəzifələri barədə məlumat verib.
DOST Agentliyinin əməkdaşı Zəhra Həsənova “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin aparılmasının məqsəd və vəzifələri, görülən işlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Monitorinq Komissiyasının məqsədi, əsas istiqamətləri, əhatə etdiyi sahələr, hədəf qrupları və s. mövzularla bağlı məlumat verilib.
Tədbirdə “Əlilliyi olan uşaqların hərtərəfli inkişafı, istedad, bilik və bacarıqlarını realizə etmələri üçün mövcud imkanlar və çətinliklər” mövzusunda müzakirə aparılıb. Bu sahədə olan problemlər dinlənilib, yeni təkliflər verilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi