Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. DOST Xidmətləri departamentinin Proseslərin idarə edilməsi və sorğularla iş şöbəsinin müdiri Natiq Qaçayev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərində xidmətlərin təşkilində könüllülərin iştirakına dair Tələblər”in təsdiq edilməsi ilə bağlı məruzə edib. İnsan resurslarının idarə edilməsi və təlim departamentinin Könüllülərlə iş şöbəsi müdiri Solmaz Həsənova DOST Agentliyinin Müşahidə Şurasının 24 iyun 2022-ci il tarixli qərarına uyğun olaraq könüllülərin say həddinin müəyyənləşdirilməsi barədə iclas iştirakçılarına məlumat verib. Maliyyə və mühasibatlıq departamentinin müdir müavini - Baş mühasib Elvin Əlimərdanov və Satınalmalar və təminat departamentinin müdir müavini İlqar Mehdiyev isə DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatlarla çıxış ediblər.
Onlayn formatda baş tutan iclasda həmçinin xidmət səviyyəsinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması istiqamətində müzakirələr aparılıb.
Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib, bu istiqamətdə müvafiq bölmələrə tapşırıqlar verib.
© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi