Asan Aç

“Könüllü DOST” beynəlxalq platformada

9 avqust 2022, 09:59
A+ A-
“Könüllü DOST” beynəlxalq platformada

"Könüllü DOST" proqramı Türk Dövlətləri Təşkilatının “I Gənclər Könüllülük Təlim Proqramı”nda təqdim olunub. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən tədbir 1-5 avqust tarixlərində Türkiyənin İstanbul şəhərində baş tutub. Tədbirdə DOST Agentliyini Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova təmsil edib. 8 fərqli türk dövlətlərinin könüllü təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə “Könüllü DOST” proqramının tarixi, altproqramları, keçirilmiş layihə və tədbirlər, könüllü sistemi haqqında məlumat verilib.

Proqram çərçivəsində könüllülüyün konseptual çərçivəsi, könüllülüyün sahələri, könüllü kimdir, könüllülüyə təsir edən amillər, könüllülüyün əhəmiyyəti, könüllülük və iştirak arasında əlaqə, könüllülüyün sosial və fərdi faydaları, könüllülüyün iqtisadi dəyəri, könüllülüyün ölçülməsi, könüllülük sahəsində korporativ əməkdaşlıqlar, könüllülük etikası, könüllülük statusu, dünyada könüllülük, könüllülüyün hüquqi çərçivəsi, gənclər və könüllülük, beynəlxalq könüllülük, rəqəmsallaşma və könüllülük, könüllü idarəetmə, könüllü motivasiyası, idmanda könüllülük və s. mövzular üzrə təlimlər keçirilib.

“Könüllü DOST” beynəlxalq platformada
“Könüllü DOST” beynəlxalq platformada
“Könüllü DOST” beynəlxalq platformada
“Könüllü DOST” beynəlxalq platformada
“Könüllü DOST” beynəlxalq platformada
“Könüllü DOST” beynəlxalq platformada

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi