Asan Aç

DOST Agentliyi daha bir beynəlxalq konfransda

18 avqust 2022, 16:30
A+ A-
DOST Agentliyi daha bir beynəlxalq konfransda

DOST Agentliyi beynəlxalq konfransda təmsil olunur. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) tərəfindən təşkil olunan konfrans bu günlərdə Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilir. “BPSFA – 30 il” mövzusunda baş tutan beynəlxalq konfransda DOST Agentliyini Məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov təmsil edir.

Tədbirdə Ş.Zülfüqarov DOST-un fəaliyyəti, 4 il ərzində əldə etdiyi uğurlar və innovativ təcrübələr barədə təqdimat keçirib. "Xidmətlərin göstərilməsində innovativ yanaşma" adlı təqdimatda DOST Konsepsiyası, xidmətlər və innovativ yanaşmalar haqqında ətraflı məlumat verilib. Sosial xidmətlər sahəsində texnoloji həllər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında DOST təcrübəsinin əhəmiyyətli olduğu vurğulanıb. Bu təcrübənin digər MDB ölkələrində də uğurla tətbiq edilə biləcəyi qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq sosial təminat sahəsində bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələrin aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı genişləndirir. Bununla yanaşı qarşılıqlı faydalı əlaqələrin qurulması istiqamətində zəruri tədbirləri davam etdirir.

DOST Agentliyi daha bir beynəlxalq konfransda
DOST Agentliyi daha bir beynəlxalq konfransda
DOST Agentliyi daha bir beynəlxalq konfransda

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi