Asan Aç

DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın 90 illiyini qeyd ediblər

30 avqust 2022, 17:37
A+ A-
DOST əməkdaşları evdə sosial xidmət göstərilən vətəndaşın 90 illiyini qeyd ediblər

2 saylı Bakı DOST Mərkəzinin əməkdaşları evdə (səyyar) sosial xidmət göstərilən vətəndaşın 90 illik yubileyini onunla birlikdə qeyd ediblər. Gülsüm Çumarinanı evində ziyarət edən DOST əməkdaşları onu doğum günü münasibətilə təbrik ediblər. 2 saylı Bakı DOST Mərkəzinin direktoru Emin Namazəliyev Agentliyin rəhbərliyi və bütün kollektivi adından vətəndaşa ən xoş arzularını çatdırıb.

Ziyarətdən məmnun qalan Gülsüm xanım ona göstərilən diqqətə görə DOST Agentliyinin rəhbərliyi və bütün əməkdaşlarına təşəkkür edib.

Pirallahı rayonu sakini olan Gülsüm Çumarinaya 2020-ci ildən etibarən 2 saylı Bakı DOST Mərkəzi tərəfindən sosial xidmət göstərilir. Mərkəzin sosial xidmətçiləri tərəfindən vətəndaşa yemək hazırlanması, zəruri ərzaq və məişət mallarının alınması, həkimin təyinatı ilə aptekdən dərman alınması, kommunal xərclərin ödənilməsi və digər xidmətlər təqdim edilir.

Qeyd edək ki, DOST Agentliyi tərəfindən sosial baxımdan həssas əhali qrupundan olan şəxslər üçün bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi