Dövlət Sosial Müdafiə Fondunda 3 ay ərzində fəaliyyət göstərmiş DOST könüllülərinə sertifikatlar təqdim olunub

13 sentyabr 2022, 16:14
A+ A-
Dövlət Sosial Müdafiə Fondunda 3 ay ərzində fəaliyyət göstərmiş DOST könüllülərinə sertifikatlar təqdim olunub

DSMF-nin İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyev təqdimetmə mərasimində çıxış edərək bildirib ki, bu müddət ərzində DOST könüllüləri ayrı-ayrı departamentlərdə təcrübə keçiblər və bir sıra işlərə cəlb olunublar.
Könüllülər Fondda onlar üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirib, gələcək karyeralarında burada qazandıqları təcrübəni tətbiq edəcəklərini vurğulayıblar.
Sonda 6 nəfər Vətəndaşların Qəbulu Departamentində, 3 nəfər İnsan Resurslarının İdarə Edilməsi Departamentində, 3 nəfər Mühasibat Uçotu Departamentində, 4 nəfər Layihələrin İdarə Olunması Departamentində, 2 nəfər Dövlət İcbari Şəxsi Sığorta Məsələləri Departamentində, 2 nəfər Beynəlxalq Əlaqələr Departamentində, 1 nəfər Fərdi Uçota Nəzarət və Sosial Sığorta Departamentində, 1 nəfər Sosial Ödənişlər Departamentində, 1 nəfər Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Departamentində, 1 nəfər isə Hüquq Departamentində səmərəli fəaliyyətinə görə sertifikatlarla təltif olunub. Mərasimin sonunda könüllülərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Qeyd edək ki, könüllülük fəaliyyəti dövründə fərqlənən 5 nəfər Dövlət Sosial Müdafiə Fondunda müvafiq işlə təmin olunub.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi