Asan Aç

Vətəndaşlar Beynəlxalq İşarə Dilləri Günü ilə bağlı məlumatlandırılıb

24 sentyabr 2022, 11:01
A+ A-
Vətəndaşlar Beynəlxalq İşarə Dilləri Günü ilə bağlı məlumatlandırılıb

DOST mərkəzlərində 23 sentyabr Beynəlxalq İşarə Dilləri Günü ilə bağlı məlumatlandırma tədbiri keçirilib. DOST Agentliyinin DOST xidmətləri departamentinin təşəbbüsü ilə baş tutan tədbirdə Mərkəzlərə müraciət edən vətəndaşlara işarə dili ilə bağlı məlumat verilib, flayerlər təqdim olunub. Eyni zamanda DOST mərkəzlərində surdotərcümə xidmətlərinin göstərildiyi vətəndaşların diqqətinə çatdırılıb.

Məlumatlandırma və vətəndaşların maarifləndirilməsinin təşkili məqsədilə DOST Agentliyində bu tip tədbirlər davamlı olaraq təşkil olunur.

Qeyd edək ki, 23 sentyabr Beynəlxalq İşarə Dilləri Günü kimi qeyd olunur. Hazırda dünyada milyonlarla eşitmə və nitq məhdudiyyətli insan 300-dən çox müxtəlif işarə dilindən istifadə edirlər. Beynəlxalq İşarə Dilləri Günü 2018-ci ildən qeyd olunur. İşarə dillərindən istifadə Əlillərin Hüquqları üzrə Konvensiya tərəfindən tanınır və dəstəklənir.

Vətəndaşlar Beynəlxalq İşarə Dilləri Günü ilə bağlı məlumatlandırılıb
Vətəndaşlar Beynəlxalq İşarə Dilləri Günü ilə bağlı məlumatlandırılıb
Vətəndaşlar Beynəlxalq İşarə Dilləri Günü ilə bağlı məlumatlandırılıb
Vətəndaşlar Beynəlxalq İşarə Dilləri Günü ilə bağlı məlumatlandırılıb
Vətəndaşlar Beynəlxalq İşarə Dilləri Günü ilə bağlı məlumatlandırılıb
Vətəndaşlar Beynəlxalq İşarə Dilləri Günü ilə bağlı məlumatlandırılıb
Vətəndaşlar Beynəlxalq İşarə Dilləri Günü ilə bağlı məlumatlandırılıb
Vətəndaşlar Beynəlxalq İşarə Dilləri Günü ilə bağlı məlumatlandırılıb

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi