Asan Aç

DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib

26 sentyabr 2022, 21:27
A+ A-
DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.

İnsan resurslarının idarə edilməsi və təlim departamentinin İnsan resursları şöbəsinin müdiri Tural Əlizadə “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində əməkdaşların vəzifədə yüksəlişinə dair prosedur”un, eləcə də “DOST Agentliyinin Aparatı və “DOST” mərkəzlərində mövcud vəzifələr üzrə hazırlanmış vəzifə təlimatları”nın təsdiq edilməsi ilə bağlı məruzə ilə çıxış edib.

Daha sonra Maliyyə və mühasibatlıq departamentinin müdiri Həsən Babayev və Satınalmalar və təminat departamentinin müdir müavini İlqar Mehdiyev tərəfindən DOST Agentliyinin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı məlumatlandırma xarakterli hesabatın təqdimatı olub.

Onlayn formatda baş tutan iclasda İdarə Heyətinin üzvləri təqdimatlar üzrə öz fikirlərini bildirib, prosedurların təkmilləşdirilməsi ilə bağlı təkliflərini veriblər.

Sonda İdarə Heyətinin sədri Fərid Məmmədov müzakirə olunan məsələlər barədə öz fikirlərini bildirib, bu istiqamətdə müvafiq bölmələrə tapşırıqlar verib.

DOST Agentliyinin İdarə Heyətinin növbəti iclası keçirilib

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi