Asan Aç

Nazir Sahil Babayev Samuxda vətəndaşları qəbul edib

14 oktyabr 2022, 14:24
A+ A-
Nazir Sahil Babayev Samuxda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Samux rayonunda Samux və Göygöl rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı müraciət edən vətəndaşların bir hissəsini şəhid ailələrinin üzvləri və müharibə veteranları təşkil edib.

Müraciətlər pensiya və ünvanlı sosial yardım, aktiv məşğulluq proqramlarına cəlb olunma, mənzillə  təminat, əlillik və reabilitasiya, sosial xidmətlər və s. məsələlərlə bağlı olub.

Hər bir müraciətə fərdi qaydada baxılaraq araşdırılıb və nəticəsinə əsasən tədbirlər görülüb.

Vətəndaşların bir qisminin müraciətlərinə uyğun olaraq özünüüməşğulluq, ictimai işlər və digər aktiv məşğulluq tədbirlərinə, reabilitasiya və sosial xidmətlərə cəlb olunmaları və s. üçün qeydiyyatı aparılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahatlar verilib.

© 2024 DOST - Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi